525.Az

Pakistan baş naziri ilə Tramp arasında telefon danışığı


 

Pakistan baş naziri ilə Tramp arasında telefon danışığı <b style="color:red"></b>

Pakistan baş naziri İmran Xan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Pakistan baş nazirinin rəsmi "Facebook" səhifəsində məlumat verilib.

“İmran Xan Donald Trampla Kəşmirdəki vəziyyəti müzakirə edib”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün BMT Təhlükəsizlik Şurasının Kəşmirlə bağlı qapalı iclası keçiriləcək.

Xatırladaq ki, ötən həftə Hindistan hökuməti Konstitusiyasında Cəmmu və Kəşmirin muxtariyyəti ilə bağlı 370-ci maddəni ləvğ edib.

 





17.08.2019    çap et  çap et