525.Az

Pensiyaçıların sosial müdafiəsi istiqamətində növbəti addım


 

"SOSİAL İSLAHATLAR PAKETİNDƏ PENSİYAÇILARIN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ XÜSUSİ YER TUTUR"

Pensiyaçıların sosial müdafiəsi istiqamətində növbəti addım<b style="color:red"></b>

Məlum olduğu kimi, avqustun 14-də Prezident İlham Əliyev ölkədə əmək pensiyası sahəsində bir sıra islahat xarakterli qərarlar qəbul edib.

"Əmək pensiyaları haqqında" qanuna edilən yeni dəyişikliklərə əsasən, ölkəmizdə əmək pensiyasının minumum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi.

Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək. Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Həmçinin, dövlət başçısının cari ildə təqdim etdiyi ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı İlham Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklə əlaqədar fərmanı ilk növbədə Azərbaycan xalqının rifahı və gələcəyi üçün həyata keçirilən sosial siyasətin məntiqi davamıdır. O, SİA-ya bildirib ki, ölkə başçısının cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tutur.

Deputat söyləyib ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış və həmin artım 233 min vətəndaşı əhatə etmişdi: "Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək".

İ.Məmmədov söyləyib ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək: "İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir"

Deputat qeyd edib ki, bu kimi qərarlar aparılan siyasətin mərkəzində insan amilinin dayandığının göstəricidir: "Biz əminik ki, hər bir Azərbaycan vətəndaşı davamlı olaraq bu qərarların bəhrəsini görür. Ölkənin iqtisadi inkişafı, ümumilikdə, Azərbaycan ailəsinin sosial durumunun yaxşılaşmasına xidmət edir".

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslərin əmək haqları ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.

Yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin, minimum pensiyanın alıcılıq qabiliyyəti baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.

C.ABASOV

 





18.08.2019    çap et  çap et