525.Az

"Kardeş kalemler" dərgisinin iyul buraxılışında...


 

"Kardeş kalemler" dərgisinin iyul buraxılışında...<b style="color:red"></b>

Avrasiya Yazarlar Birliyinin (AYB) mətbu orqanı olan "Kardeş kalemler" dərgisinin iyul buraxılışı bir-birindən maraqlı yazılarla oxuculara təqdim olunub.

Dərgi Gürcüstan Yazıçılar Birliyinin sədri, şair Bağatar Arabulinin şeirləri ilə başlayır.

Dərginin Azərbaycanla bağlı bölməsində ilk material şair Şahanə Müşfiqə aiddir.  Bu sayda şairin Türkiyə türkcəsində qələmə aldığı "Ey sevda dənizim", "Xəyal qırıqlığım", "Dəniz və sevgi", "Eşqin rəngi", "Eşqə namə" kimi şeirləri orijinal halında çap olunub. Bölməyə aid ikinci yazı Nuranə Tağıyevaya məxsusdur. Burada onun "Bəzi duyğuların qoxusu qalıcıdır" hekayəsi yer alıb. Nailə Əsgər isə özünün "Həzrəti Əlini xəyalı" - Əli Şamil" məqaləsi ilə bölməni tamamlayır.

Türkiyəyə aid bölmə AYB-nin başqanı Yaqub Öməroğlunun "Yeni əlyazma və ya təşəkkürlər, Vəli Məhəmməd Xoca" məqaləsi ilə açılır. Məqaləni onların müsahibəsi davam etdirir. Müsahibəni Sara Behzad tərcümə edib. V.M.Xocaya AYB-nin onur medalını təqdimatıyla bağlı reportaj, Əhməd B.Ercilasun "Dədə Qorqudun yeni nüsxəsi üzərinə" məqaləsi də buradadır. Bölməni bu yazılar davam etdirir: Y.Öməroğlu "Qazax, gördüyün əzab", Nərmin Taşer "Sovet dövrü rus dilindəki dəyişmələr", Ayşə Kurt "Aytmatovun könül pəncərəsi", Mehmət Əli Qalxan "Azərbaycan xatirələri-1", Cəmilə Xınacının Avrasiya paytaxtı yazarlarının beynəxalq forumundan reportajı.

Bu sayda Kosovodan osmanlılarla bağlı məqaləni Şecaəttin Koka tərcümə edib.

Tatarıstandan olan Milevşe Habutdikovun "Tatar yazıçısı Ayaz Gıylecevin əsərlərində Türkiyə"  məqaləsini Çulpan Zaripova Çətin çevirib.

Muhittin Gümüş "Eşqdən o yana keçmək" hekayəsi ilə Qırğızıstandan, "İmangazi Nurahmetuli "Ahşap evdən daşınan Albastılar hekayəsi (tərcümə Elmira Kaljanova) Qazaxıstandan, Rıza Siami "İranda türkcə kino" məqaləsiylə İrandan dərgiyə qatılıblar.

Dərgi ənənəvi olaraq "Xəbər" rubrikasıyla tamamlanır. Bu rubrikada İseçrədə keçirilən İ.Nəsimin 650 illik yubiley tədbirindən geniş reportaj və TÜRKSOY-dakı təyinat dəyişimi ilə bağlı xəbər yer alıb.

MEHRİ

 





18.08.2019    çap et  çap et