525.Az

Suriya ordusu Xan-Şeyhun şəhərinə daxil olub


 

Suriya ordusu Xan-Şeyhun şəhərinə daxil olub<b style="color:red"></b>

Suriya ordusunun hərbçiləri "Cəbhat ən-Nüsrə" və "Ceyş əl-İzza" terrorçu qruplaşmaları ilə gedən gərgin döyüşlərdən sonra onların nəzarətində olan Xan-Şeyhun şəhərinə daxil olublar.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundakı mənbələr bildirib.

Məlumata görə, ordu qüvvələri şəhərin şimal-qərbindəki nəzarət buraxılış məntəqəsinə nəzarəti ələ keçirib.
Hazırda hərbçilər şimaldan və qərbdən terrorçu qüvvələrin döyüşçülərini mühasirəyə alıblar.

 





19.08.2019    çap et  çap et