525.Az

Avropa Şurasının baş katibi sentyabrın 16-da vida çıxışı edəcək


 

Avropa Şurasının baş katibi sentyabrın 16-da vida çıxışı edəcək<b style="color:red"></b>

Avropa Şurasının baş katibi Turbyörn Yaqland sentyabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsində vida nitqi ilə çıxış edəcək.

APA-nın xəbərinə görə, bu barədə T. Yaqlandın sözçüsü Daniel Holtgen rəsmi “Twitter” səhifəsində qeyd edib. 

Qeyd edək ki, Turbyörn Yaqland 2009-cu ildən bu yana Avropa Şurasının baş katibi vəzifəsində çalışır. Onu bu vəzifədə Xorvatiyanın Xarici İşlər naziri Mariya Peyçinoviç Buriç əvəz edəcək. M.P. Buriç sentyabrın 20-də vəzifəsinin icrasına başlayacaq.

 





19.08.2019    çap et  çap et