525.Az

Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlandı


 

Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlandı<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 148 səyyar monitorinq həyata keçirilib.

APA-nın Mərkəzə istinadən verdiyi xəbərə görə, monitorinq edilmiş işçilərin sayı 5689, monitorinq edilmiş işəgötürənlərin sayı 296 olub.

Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 20,4% təşkil edib.

Monitorinqlərin keçirilməsindən sonra 127 089 əmək müqaviləsi imzalanıb.

 





19.08.2019    çap et  çap et