525.Az

Zəvvarların ilk qrupu sabah Həcc ziyarətindən qayıdır


 

Zəvvarların ilk qrupu sabah Həcc ziyarətindən qayıdır<b style="color:red"></b>

Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah Bakıya dönəcək.

Bunu APA-ya açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, zəvvarlar avqustun 21-i saat 10:00-da yola düşəcək və 14:20-də Bakıya çatacaqlar. Mədinədən çıxan sonuncu təyyarə avqustun 25-i saat 21:00 radələrində Bakıya çatacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib.

 





20.08.2019    çap et  çap et