525.Az

Ermənistanda 5 nəfərdə qarayara aşkarlanıb


 

Ermənistanda 5 nəfərdə qarayara aşkarlanıb<b style="color:red"></b>

Ermənistanın Qeqarkunik vilayətində 5 nəfərdə qarayara aşkarlanıb.

APA-nın “Armen Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qeqhovit kəndindən iki nəfər xəstəxanaya müraciət edib. Onlar bir neçə gün öncə kənddə mal-qara kəsdiklərini bildiriblər.

Səhiyyə Nazirliyinin əməkdaşları kənddə daha 6 nəfərdə xəstəliyin olmasından şübhələniblər. Beş nəfər Yerevanda yerləşən Nork Yoluxucu Xəstəliklər Hospitalına yerləşdirilib. Onların hamısında qarayara aşkarlanıb.  

 





20.08.2019    çap et  çap et