525.Az

Zərif: "Trampın ikinci dəfə prezident seçiləcəyi ehtimalı yüksəkdir"


 

Zərif: "Trampın ikinci dəfə prezident seçiləcəyi ehtimalı yüksəkdir"<b style="color:red"></b>

"Donald Trampın daha 4 il müddətində ABŞ Prezidenti olacağı ehtimalı kifayət qədər yüksəkdir".

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçdə yaşayan həmvətənləri ilə görüşdə deyib.

“Donald Trampın yeni qələbəsinin ehtimalı yüksəkdir.Göründüyü kimi, onun iqtisadi siyasəti ABŞ-a uzunmüddətli perspektivdə fayda gətirməyəcək. Trampın dünyanı daha 4 il bezdirəcəyi şansı çox yüksəkdir”, - M.C.Zərif deyib.

 





20.08.2019    çap et  çap et