525.Az

Bakı Metropoliteninə verilən elektrik xətlərində gərginlik düşdü, "Sahil” stansiyası işıqsız qaldı


 

Bakı Metropoliteninə verilən elektrik xətlərində gərginlik düşdü, "Sahil” stansiyası işıqsız qaldı<b style="color:red"></b>

Bakı Metropoliteninə verilən elektrik xətlərində gərginliyin düşməsi nəticəsində “Sahil” metrostansiyasının eskalatorları və işıqlanma sistemində qısamüddətli problem yaşanıb.

Bu barədə APA-ya qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 3 dəqiqə ərzində təhlükəsizlik tələblərinə ciddi əməl olunmaq şərti ilə eskalatorların fəaliyyəti bərpa olunub. Sərnişinlər arasında hər hansı xəsarət alan yoxdur.

Gərginliyin düşməsi qatarların hərəkətinə ciddi təsir göstərməyib.

 





20.08.2019    çap et  çap et