525.Az

Rəşad Atakişiyev II Fəxri Xiyabanda dəfn olundu - Yenilənib


 

Rəşad Atakişiyev II Fəxri Xiyabanda dəfn olundu - <b style="color:red">Yenilənib </b>

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin dəfn mərasimi keçirilib.

APA xəbər verir ki, II Fəxri Xiyabanda keçirilən dəfn mərasimində yaylım atəşi açılıb və pilot Azərbaycan himninin sədaları altında torpağa tapşırılıb. 

*** 11:42

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb.

APA xəbər verir ki, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində baş tutan vida mərasimi başa çatdıqdan sonra pilotun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb.

*** 10:51

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilir.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.  

*** 09:44

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.

APA xəbər verir ki, pilotla vida mərasimi Yeni Yasamaldakı evinin həyətində keçirilir. Saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçiriləcək. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək.

Mərhumun qayınatası, politoloq Qabil Hüseynli APA-ya bildirib ki, ötən gün səsləndirdiyi fikirlər yanlış anlaşılıb: "Bugünkü tədbir dövlət tədbiri olduğu üçün bildirdim ki, buradan siyasi məqsədlər üçün istifadə olunmasın. Sabah isə Heydər Məscidində saat 12-də 3 və 7 mərasimi keçiriləcək. Orada hər kəs iştirak edə bilər".

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

 





21.08.2019    çap et  çap et