525.Az

Quaydo Rusiya gəmilərinin Venesuelaya səfərini "şou" adlandırdı


 

Quaydo Rusiya gəmilərinin Venesuelaya səfərini "şou" adlandırdı <b style="color:red"></b>

Rusiyanın hərbi gəmilərinin gəlişi Venesuela suverenliyinin pozulması olardı.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Venesuela müxalifətinin lideri Xuan Quaydo çıxış edib.

“Rusiya hərbi gəmilərinin milli ərazi sularımızda olmasını hər hansı bir formada təsdiq etmədik, bu, milli suverenliyin pozulması olardı”, - deyə, Quaydo deyib.

Onun sözlərinə görə, hərbi gəmilərin səfərinə dair təşəbbüs bir “şou”dur. Bununla mövcud hakimiyyət beynəlxalq dəstəyə malik olduğunu nümayiş etdirmək istəyir.

 





21.08.2019    çap et  çap et