525.Az

AMEA-nın Yüksək Texnologiyalar Parkına direktor təyin olundu


 

AMEA-nın Yüksək Texnologiyalar Parkına direktor təyin olundu <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru vəzifəsinə təyinat olub.

APA AMEA-ya istinadən xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin müvafiq sərəncamı ilə YT Parkın direktoru vəzifəsinə geologiya-mineralogiya elmləri namizədi Samir Məmmədov təyin edilib.

Qeyd edək ki, S.Məmmədov bundan əvvəl YT Parkın infrastruktur üzrə direktor müavini vəzifəsində çalışıb.

 





21.08.2019    çap et  çap et