525.Az

ETSN: "Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb"


 

ETSN: "Hirkan Milli Parkında yanğının ətrafa yayılmasının qarşısı alınıb"<b style="color:red"></b>

“Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-nin aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi də cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb”.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur.

Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.

 





21.08.2019    çap et  çap et