525.Az

Fransız bəstəkarı ayı parçaladı


 

Fransız bəstəkarı ayı parçaladı <b style="color:red"></b>

Kanadada fransız bəstəkarı Julyen Qotye ayının hücumuna məruz qalıb.

APA “Lenta.ru”ya istinadən xəbər verir ki, hücum nəticəsində bəstəkar ölüb.

44 yaşlı Julyen Qotye "Canoë-camping dans le grand nord canadien, sons, photos... et violoncelle!" ("Böyük Kanada şimalında kanoe ilə səyahət, səslər, foto… və violonçel!”) mədəni layihəsi çərçivəsində səyahət edirmiş.

Avqustun 15-də bəstəkar çadırda yatarkən ayı ona hücum edib. Heyvan onun boğazından yapışaraq meşəyə sürüyüb. Bəstəkarın cəsədi növbəti gün aşkar edilib.

 





21.08.2019    çap et  çap et