525.Az

CNN: "Tramp və Makron 2020-ci ildə Rusiyanı G7 görüşünə dəvət edəcəklər"


 

CNN: "Tramp və Makron 2020-ci ildə Rusiyanı G7 görüşünə dəvət edəcəklər"<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə mənbələrinə istinadən CNN məlumat yayıb.

Adı açıqlanmayan mənbənin sözlərinə əsasən, liderlər Rusiya Prezidenti Vladimir Putini gələn il keçiriləcək G7 sammitinə dəvət etməklə bağlı razılaşıblar. Trampın dünya liderləri ilə müzakirə etmək üçün bu məsələni qaldıracağı gözlənilir.

"Gələn il Rusiyanı görüşə dəvət etmək təklifini Makron irəli sürüb, Tramp da razılaşıb", - reportyor Kayli Atvud bildirib.

O əlavə edib ki, gələn il G7 sammiti ABŞ-da keçiriləcək.

Daha əvvəl ABŞ prezidenti Rusiyanın yenidən "Böyük səkkizlik" (G8) formatına qayıtmasının məqsədəuyğun olduğunu söyləmişdi.

 





21.08.2019    çap et  çap et