525.Az

Stiven Biqen ABŞ-ın Rusiyadakı səfiri vəzifəsindən imtina etdi


 

Stiven Biqen ABŞ-ın Rusiyadakı səfiri vəzifəsindən imtina etdi<b style="color:red"></b>

ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizəd hesab edilən Birləşmiş Ştatların KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqen bu vəzifədən imtina edib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, S.Biqen yeni vəzifə tutmaq niyyətində olmadığını, bütün diqqətini Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsinə yönəltdiyini söyləyib.

S.Biqen həmçinin Pxenyanın danışıqları bərpa etməyə hazır olduğunu açıqladığı anda rəsmi Vaşinqtonun da danışıqlara hazır olduğunu bildirib.

 





21.08.2019    çap et  çap et