525.Az

BDU BP ilə əməkdaşlıq edəcək


 

BDU BP ilə əməkdaşlıq edəcək<b style="color:red"></b>

Bakı Dövlət Universiteti (BDU) ilə BP Eksploreyşn (Kaspian Si) Limited arasında əməkdaşlıq sazişi imzalanıb.

BDU-nun rektoru Elçin Babayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consun imzaladığı Saziş ali təhsilə dəstək xarakteri daşıyır.

Əməkdaşlıq sazişində elmi araşdırmaların və akademik fikir mübadiləsinin ictimailəşdirilməsinə dəstək olmaq üçün rəqəmsal texnologiyalara əsaslanan yeni qurumların yaradılması, rəqəmsal əsasda idarə edilməsi, təhsildə yeni standartların tətbiqi və ya mövcud standartların təkmilləşdirilməsi, elektronlaşdırma və s. kimi məsələlər nəzərdə tutulur.

Rektor Elçin Babayev universitetin yeni inkişaf strategiyasından, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb və əməkdaşlığın faydalı olacağını vurğulayıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons sazişin əhəmiyyətini qeyd edərək, onun əməkdaşlıq imkanlarını genişləndirəcəyinə əminliyini ifadə edib.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşün sonunda qonaqlar universitetin tədris və elmi-tədqiqat laboratoriyaları, Nano Araşdrmalar Mərkəzi və Elmi Kitabxanası ilə tanış olublar.

S.QARAYEVA

 





21.08.2019    çap et  çap et