525.Az

Rəşad Atakişiyevin həyat yoldaşı: "Balaları onun yolunu davam etdirəcək"


 

Rəşad Atakişiyevin həyat yoldaşı: "Balaları onun yolunu davam etdirəcək"<b style="color:red"></b>

“Rəşadın iki gül balası qaldı. Onlar onun yolunu davam etdirəcəklər”.

APA-nın xəbərinə görə, bunu bu gün dəfn olunan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova bildirib.

Onun sözlərinə görə, Rəşadın məğrurluğu, şücaəti güvən verirdi ki, o, sağ-salamat evə, övladlarının yanına qayıdacaq:

"Ancaq təəssüf ki, xəyallarımız baş tutmadı".

O bildirib ki, Rəşad mərd, vətənpərvər, gözəl insan idi.

"Həyat yoldaşım pak hislərlə yaşayırdı. Balalarım onun adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər".

Pilotun həyat yoldaşı axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduqlarını qeyd edib:

"Hava şəraiti onun bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik".

 





21.08.2019    çap et  çap et