525.Az

Zəvvarların ilk qrupu Azərbaycana qayıtdı


 

Zəvvarların ilk qrupu Azərbaycana qayıtdı<b style="color:red"></b>

Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb.

APA-nın məlumatına görə, ilk qrupu gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İlk qrupda 180 zəvvar Bakıya qayıdıb.

Bu gün axşam saatlarında daha bir qrupun geri qayıtması gözlənilir.

Bütün zəvvarların avqustun 25-dək Azərbaycana qayıtmaları planlaşdırılır.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib.

 





21.08.2019    çap et  çap et