525.Az

Ali təhsil müəssisələri vahid informasiya platformasına inteqrasiya olunacaq


 

Ali təhsil müəssisələri vahid informasiya platformasına inteqrasiya olunacaq<b style="color:red"></b>

Yaxın zamanda Azərbaycanın bütün ali təhsil müəssisələri Təhsil Nazirliyinin Ali Təhsil İnformasiya Sisteminə (ATİS) inteqrasiya olacaq.

Bunu “APA-Economics”ə Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov deyib. Onun sözlərinə görə, bu prosesin idarə edilməsi şirkət tərəfindən yerinə yetiriləcəyi gözlənilir.

“ATİS olduqca mürəkkəb platformadır. Ölkənin yüz minlərlə tələbənin, müəllimlərin, tədris prosesi ilə bağlı bir çox məlumatları real vaxt rejimində vahid platforma üzərindən emal olunacaq. Biz bu layihəni Təhsil Nazirliyinin Ali Təhsil Şöbəsi, Təhsilin İformasiyalaşdırılması İdarəsi və bir sıra digər struktur bölmələri ilə vahid komanda şəklində işləyib hazırlamışıq. ATİS şirkətin məhsulu olan “UniBook” - təhsilin və tədris prosesinin informasiya idarəetmə platforması əsasında hazırlanıb”, - deyə, İ. Ələkbərov qeyd edib.

O, həmçinin, əlavə edib ki, qarşıda duran əsas məsələ, bir neçə universiteti pilot olaraq ATİS-ə inteqrasiya etmək və uğurlu pilot inteqrasiyasından sonra, sistemin əhatə dairəsini digər ali təhsil ocaqlarına da genişləndirməkdir.

“Hər bir təhsil müəssisəsinə ayrıca interfeys, istifadəçi adı, şifrə veriləcək və gündəlik təhsil məlumatları ora daxil olunacaq. Əyər təhsil müəssisələrində cari informasiya sistemləri istifadə olunursa, onlar ATİS-ə inteqrasiya oluna bilər. Əsas məqsəd bütün məlumatlar kağız daşıyıcılarında deyil, elektron formada aparmaqdır”, - deyə İ. Ələkbərov bildirib.

 





21.08.2019    çap et  çap et