525.Az

Aktyor Məhərrəm Qurbanov vəfat etdi


 

Aktyor Məhərrəm Qurbanov vəfat etdi<b style="color:red"></b>

Aktyor Məhərrəm Qurbanov vəfat edib.

Bu barədə APA-ya aktyorun qızı Aytən Qurbanova məlumat verib.

O bildirib ki, atası dünən axşam saatlarında vəfat edib: “Xəstəxanadan bizə dedilər ki, atanızın vəziyyəti ağırdır, bir neçə saat ömrü qalıb. Biz də xəstəxanadan çıxarıb evə gətirdik, yolda keçindi”.

A.Qurbanova atasının bu gün Yasamal qəbiristanlığında dəfn ediləcəyini vurğulayıb.

Qeyd edək ki, M.Qurbanov avqustun 19-da beyin insultu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, 1959-cü ildə Gəncədə anadan olub. Uzun müddət Azərbaycan Dövlət Akademik Musiqili Teatrda fəaliyyət göstərib. Geniş tamaşaçı kütləsi Məhərrəm Qurbanovu “İmtahan” serialının Eldarı kimi tanıyır. Aktyor “Qız Qalası”, “Ərazi” filmlərində də çəkilib.

 

 





22.08.2019    çap et  çap et