525.Az

Ərdoğan: "Bəşər Əsədi xəbərdar etmişdik"


 

Ərdoğan: "Bəşər Əsədi xəbərdar etmişdik"<b style="color:red"></b>

Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan İslam Konfransı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığının daimi komitəsində çıxış edib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan çıxışı zamanı Suriya dövlət başçısı Bəşər Əsəd haqda danışıb:

“Bəşər Əsədin atası 30 min adamın ölümünə səbəb olub. Onun hakimiyyəti dönəmində bu rəqəm daha da artıb. Hazırda ölkə vətəndaşlarının 250 mini qonşu ölkələrə sığınıb”.

Baş nazir Ərdoğan çıxışında Suriyanın daxili işlərinə qarışmaq istəmədiyini qeyd edərək bu məsələdə həssas olmalarının əsas səbəbini isə belə izah eləyib: “Suriya ilə qonşu ölkəyik. Məqsədimiz bölgədə sabitlik və təhlükəsizliyi qorumaqdır”.

Ərdoğan bildirib ki, Türkiyə hər zaman  Suriyaya kömək edib, hazırda ölkədə vəziyyətin bu qədər acınacaqlı olmasında Türkiyə günahkar deyil:
“Biz Bəşəri öncədən də xəbərdar etmişdik. Bəşər Əsədə yardım edəcəyimizi də söz verdik. Amma o bizi dinləmədi. Heç kəs bizdən Suriyanın hazıki durumunu seyr etməyimizi tələb edə bilməz. Bəşər Əsəd müxalifətə qarşı hərəkətə keçərək bizə də zərbə vurub”.

Nigar Məhərrəm

 





11.10.2012    çap et  çap et