525.Az

Zöhrə Əlimirzəyeva: "Ötən il 90490 nəfər qan verib"


 

Zöhrə Əlimirzəyeva: "Ötən il 90490 nəfər qan verib"<b style="color:red"></b>

"2006-cı ildə "Qan və qan komponentlərinin donorluğu, qan xidmətinin təkmilləşdirilməsi" adlı dövlət proqramı qəbul olunub".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O qeyd edib ki, İnstitutun nəzdində Mərkəzi qan bankı ilə yanaşı, 8 bölgədə qan bankının bölmələri açılıb.

Z.Əlimirzəyevanın sözlərinə görə, talassemiyali xəstələrin ay ərzində 3-4 dəfə qan köçürməyə ehtiyacı olur:

"Dövlət proqramı qəbul olunduqdan sonra donorların sayı artıb. 2013-cü ildə bu say 22812 idisə, 2018-ci ildə 90490 nəfər qan verib".

 





22.08.2019    çap et  çap et