525.Az

Əli Əhmədov və İnam Kərimov "Yaşıl bazar"da - Fotolar


 

Əli Əhmədov və İnam Kərimov "Yaşıl bazar"da - <b style="color:red">Fotolar</b>

Baş nazirin müavini Əli Əhmədov və kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda kənd təsərrüfatı yarmarkası, kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarı "Yaşıl bazar" və paytaxtdakı supermarketlərdən birinə baxış keçirib.

"Report"un xəbərinə görə, baş nazirin müavini satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə maraqlanıb, satıcıları və alıcıları dinləyib.

Ə.Əhmədov satıcılardan birindən kartofun qiymətini soruşub. Satıcıdan "iki manat" eşidincə Ə.Əhmədov qiymətin baha olduğunu deyib:

"Yayın ortasında iki manata kartof olmaz".

 

 





22.08.2019    çap et  çap et