525.Az

Taxta bazarındakı yanğında 6 nəfər xəsarət alıb


 

Taxta bazarındakı yanğında 6 nəfər xəsarət alıb<b style="color:red"></b>

Bakıda taxta bazarında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alanlardan 5 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır:

"Onlardan 3-nə yerində ilkin tibbi yardım göstərilib. Digər 2 nəfər və 1 adi vətəndaş xəstəxanaya yerləşdirilib".

Xatırladaq ki, paytaxtın Nərimanov rayonu ərazisində taxta bazarı adlanan ərazidə güclü yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları ilə yanaşı Səhiyyə Nazirliyinin 10 Təcili Tibbi yardım briqadası da cəlb edilib.

 





22.08.2019    çap et  çap et