525.Az

Taxta bazarındakı yanğınla əlaqədar xəstəxanaya aparılanlar evə buraxıldılar


 

Taxta bazarındakı yanğınla əlaqədar xəstəxanaya aparılanlar evə buraxıldılar<b style="color:red"></b>

Dünən "Taxta bazarı" kimi tanınan ərazidə baş verən yanğınla əlaqədar Kliniki Tibbi Mərkəzə (KTM) çatdırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları artıq xəstəxanadan buraxılıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Hal hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət yoxdur.

Qeyd edək ki, avqustun 22-də “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Tikinti materialları bazarında baş verən yanğında bir neçə nəfər xəsarət alaraq, xəstəxanaya çatdırılıblar.

Baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb.

 





23.08.2019    çap et  çap et