525.Az

Makron Amazon meşələrindəki yanğını beynəlxalq böhran adlandırıb


 

Makron Amazon meşələrindəki yanğını beynəlxalq böhran adlandırıb<b style="color:red"></b>

1,8 milyon hektardan artıq Amazon meşəliklərini bürüyən yanğın özündə beynəlxalq böhranı əks etdirir.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir fikri Fransa prezidenti Emmanuel Makron səsləndirib. O, həmçinin Böyük yeddiliyin Biarritzdə keçiriləcək sammitində bu mövzunu təcili müzakirə etməyə çağırıb.

“Bizim evimiz yanır. Sözün əsl mənasında. Amazoniya – bizə 20% oksigen verən, planetimizin ağciyərləri yanır. Bu, beynəlxalq böhrandır. G7 iştirakçıları, iki gündən sonra görüşək və bu fövqəladə vəziyyəti müzakirə edək”, - deyə, prezident özünün “Twitter” səhifəsində yazıb.

 





23.08.2019    çap et  çap et