525.Az

70 yaşlı azərbaycanlı velosipedçi 4 min km yol qət edib


 

70 yaşlı azərbaycanlı velosipedçi 4 min km yol qət edib <b style="color:red"></b>

Mingəçevirli velosipedçi dünya turunu başa vuraraq Azərbaycana qayıdıb.

APA-nın Mingəçevir bürosunun məlumatına əsasən, velosiped həvəskarı olan 70 yaşlı şəhər sakini Abid İsmayılov səyahətini başa vuraraq geri dönüb. Onu dostları, media nümayəndələri və idman həvəskarları qarşılayıb.

Bir neçə ildir ki, dünyanın müxtəlif ölkələrinə fərqli marşrutlarla velosiped turu təşkil edən təqaüddə olan müəllim bu dəfə 4 min kilometr məsafə qət edib.

O, 93 gün ərzində Rusiya, Ukrayna və Gürcüstan ərazilərini dolaşıb.

 





23.08.2019    çap et  çap et