525.Az

Putinlə Ərdoğanın telefon danışığının təfərrüatları bəlli oldu


 

Putinlə Ərdoğanın telefon danışığının təfərrüatları bəlli oldu<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatları bəlli olub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, tərəflər əsasən Suriya və Liviyadakı hadisələrlə bağlı müzakirələr aparıblar.

Telefon danışığında Ərdoğan bildirib ki, Suriya hərbi qüvvələrinin İdlibdə atəşəkəsi pozması və silahlı hücumları böyük böhranlara yol acır.

Türkiyə Prezidenti İidlibdəki hücumların ərazidəki problemlərin həlli cəhdlərinə zərər verdiyini və Türkiyənin milli təhlükəsizliyi baxımından bir təhdidə çevrildiyini vurğulayıb.

 

 





23.08.2019    çap et  çap et