525.Az

Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçirilir


 

Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçirilir<b style="color:red"></b> Özbəkistan Respublikası Baş nazirinin müavini Uluqbəy Rozuqulovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində oktyabrın 11-də Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçirilir.

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı və qida sənayesi, ağır sənaye, toxuculuq, tikinti materialları və kənd təsərrüfatı texnikasının istehsalı və digər sektorları təmsil edən iş adamları iştirak edirlər.

Forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış etmişdir.
 





11.10.2012    çap et  çap et