525.Az

Elxan Poluxov Qayanada bir sıra görüşlər keçirdi - Foto


 

Elxan Poluxov Qayanada bir sıra görüşlər keçirdi - <b style="color:red">Foto </b>

Azərbaycanın Qayana Kooperativ Respublikasındakı səfiri Elxan Poluxov paytaxt Corctaunda bir sıra görüşlər keçirib.

Səfirlikdən verilən məlumata görə, E.Poluxov Qayananın Dövlət naziri Dovn Hastinqs, Xarici İşlər naziri Karen Kamminq, Təbii Sərvətlər naziri Rafael Trotman və parlamentin sədri Barton Skotland ilə görüşüb.

Səfir dövlət və hökumət rəsmilərinə Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçiriləcək zirvə toplantısına dəvət məktublarının əslini təqdim edib.

Görüşlərdə ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatlarına üzv ölkələrin vətəndaşları üçün təqaüd proqramları haqqında da ətraflı məlumat verilib.

E.Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həmsöhbətlərini məlumatlandırıb.

Qayana parlamentinin sədri ilə görüşdə parlament diplomatiyası, parlametlərarası əlaqələrin inkişafı məsələləri ətraflı müzakirə edilib. İkitərəflı əlaqələrin inkişafı üçün böyük potensialın mövcüd olduğu və əməkdaşlığın intensiv olaraq beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qayanaya səfəri çərçivəsində səfir “Stabroeknyuz” və “Nyusroom” qazetlərinə və dövlət televiziyasına müsahibə verib.

E.Poluxov iki ölkə arasında münasibətlərdən danışıb, Azərbaycan tərəfinin təqdim etdiyi təhsil təqaüdləri və gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi haqqında geniş məlumat verib.

Qeyd edək ki, Azərbaycanın Qayanadakı Səfirliyinin iqamətgahı Braziliyada yerləşir.

C.ABASOV

 





23.08.2019    çap et  çap et