525.Az

Şəki və Xızı dağlarında baş verən yanğın söndürüldü - Yenilənib


 

Şəki və Xızı dağlarında baş verən yanğın söndürüldü - <b style="color:red">Yenilənib </b>

Şəkidə daha bir dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 23-də Şəki rayonunun Kosalı kəndi yaxınlığında dağlıq zonada yerləşən meşəətrafı ərazidə kol-kos, quru ot və biçilmiş taxıl sahəsində başlamış yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

*** 09:24

Şəki və Xızının dağlıq ərazilərində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb. Yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Xızı rayonunun Fındığan kəndində dağlıq ərazidə 60 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 





24.08.2019    çap et  çap et