525.Az

"Artım" məkanında növbəti film təqdimatı


 

"Artım" məkanında növbəti film təqdimatı <b style="color:red"></b>

"Artım" layihə məkanında "Unut bildiklərini, gör mən kiməm" sərgisi çərçivəsində növbəti film nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, bu dəfə rusiyalı rejissor Valeriya Qay Germanikanın "Hamı öləcək, amma mən qalacağam" filmi təqdim edildikdən sonra, həm də müzakirə olunub.

Rusiyanın ucqar rayonlarından birində, doqquzuncu sinifdə təhsil alan üç rəfiqədən bəhs edən ekran əsərində onların ilk addımlarından danışılır.

Tədbirin qonağı "Sevin" Ailə və Valideynlərə Dəstək Mərkəzinin yaradıcısı, reproduktiv sağlamlıq və ailə psixologiyası üzrə mütəxəssis Səbinə Abdullayeva olub.

Filmin nümayişindən sonra bu və ya digər suallar Səbinə Abdullayeva tərəfindən cavablandırılıb.

Müzakirələr zamanı ailə birliyi necə davam edir, valideynlər və valideynlərlə uşaqların arasında münasibətlər necə inkişaf edir, cəmiyyətdəki proseslər ana və qız, ata və oğul arasındakı münasibətlərə necə təsir edir, uşağı və yeniyetməni necə "nəzərdən qaçırmaq" olar, yenidən onunla əlaqə qurmağın ən yaxşı üsullar hansıdır və digər kimi suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, filmin premyerası 2008-ci il Kann Film Festivalının "Tənqid həftəsi" debüt film proqramı çərçivəsində reallaşıb və münsiflər heyəti tərəfindən "Qızıl kamera" xüsusi mükafata layiq görülüb.

 





25.08.2019    çap et  çap et