525.Az

Uşaqlar üçün yeni kitab işıq üzü gördü


 

Uşaqlar üçün yeni kitab işıq üzü gördü<b style="color:red"></b>

Bugünlərdə "Parlaq imzalar" Nəşriyyatında 24 səhifəlik maraqlı bir uşaq kitabı çap edilib.

"Meyvələrin şöhrəti" adlanan kitab dahi Füzulidən ilhamlanaraq onun  "Meyvələrin söhbəti"ni təqlid etməklə qələmə alınıb.

Nəşrin ideya müəllifi Səltənət Zülfüqarova, şeirləri qələmə alan Mina Rəşiddir.

Nəfis tərtibatlı bu kitabın ərsəyə gəlməsində illüstrator Auqust Dina, həkim nutrisioloq-dietoloq Amaliya Rəhimova, fotoqraf  Elnarə Hüseyni, redaktor Amin Sükut və başqalarının da xeyli zəhməti var. Kitabın "Ön sözü"nün müəllifi isə Günel Eminlidir.

 





25.08.2019    çap et  çap et