525.Az

Direktor müavini olmaq istəyənlər üçün vakansiya seçimi başa çatır


 

Direktor müavini olmaq istəyənlər üçün vakansiya seçimi başa çatır<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya seçimi mərhələsi başa çatır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorundan verilən xəbərə görə, vakansiya seçimi mərhələsinə avqustun 19-dan başlanılıb. Müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlərşəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi etməlidirlər. Hər bir namizədə 5 yer seçmək hüququ verilir.

Namizədlər arzu etdikləri vakansiyaları seçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müsahibə mərhələsi avqust ayının 26-dan başlayacaq.

Qeyd edək ki, BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak edən 1655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.

S.QARAYEVA

 





25.08.2019    çap et  çap et