525.Az

Tahir Rzayev: “Müəmmalı, sirli olan aqressiv müxalifətdir və onların havadarlarıdır"


 

Tahir Rzayev: “Müəmmalı, sirli olan aqressiv müxalifətdir və onların havadarlarıdır"<b style="color:red"></b>

“Bir sıra müxalifət mətbuatında ölkə Prezidenti cənab İlham Əliyevin inaqurasiya mərasimi ilə əlaqədar reallığı əks etdirməyən cəfəng mülahizələri, fikirləri oxuyanda insan təəccüblənməyə bilmir”.

Bunu mətbuata açıqlamasında hakim partiyadan olan millət vəkili Tahir Rzayev dilə gətirib.

Onun sözlərinə görə, özlərini demokrat, müstəqil bir dövlətin vətəndaşları, siyasət xadimləri adlandıran bəzi müxalifət liderlərinin fikirləri o qədər bəsit, cılız, məntiqsizdir ki, adam belələrinin ağlına, dərrəkasinə şübhə edir.

Millət vəkili bildirib ki, müxalifətin söylədiklərindən belə qənaətə gəlmək olar ki, inaqurasiya müəmmalı keçirilib və sirlərlə doludur:

T.Rzayevin dediyinə görə, guya hakimiyyət hər hansı bir təxribatın törədilməsindən, yaxud müxalifətin bu tədbirin qarşısını almasından qorxaraq inaqurasiyanın vaxtını əvvəldən elan etməyib, ora xarici qonaqları, səfirliklərin nümayəndələrini, dünyanın tanınmış ictimai-siyasi xadimləri dəvət etmədən keçirib: “Müxalifət mətbuatı öz fikirlərini əsaslandırarkən 2003, 2008-ci illərin inaqurasiya mərasimlərini xatırladır və bu tədbirlərdə bir çox xarici ölkə rəhbərlərinin, nümayəndələrinin iştirakını qeyd edirlər. Digər tərəfdən, inaqurasiyanın tez keçirilməsini müəmmalı adlandırır və bunu xarici ölkələrin Azərbaycana-prezident seçkilərinin keçirilməsinə olan mənfi münasibətlə əlaqələndirirlər.

Ancaq bu adamlar bilmirlər ki, Azərbaycan tam bir müstəqil dövlətdir. O, öz taleyinin sahibidir. İstənilən hər hansı mötəbər tədbirin heç bir ölkə ilə  məsləhətləşmədən, heç kimə hesabat vermədən, vaxtını  və yerini heç bir xarici ölkənin nümayəndəsi ilə razılaşdırmadan, onu bu tədbirə dəvət etmədən keçirməyə qadirdir və buna səlahiyyəti var.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin inaqurasiya zamanı söylədiyi fikirlər bunu bir daha təsdiq edir. Bildirildiyi kimi, Azərbaycan güclü dövlətdir. O, öz gücünə arxalanır, heç bir kimə hesabat verməyə borclu deyil. Bir tərəfdən təmtəraqlı mərasimlərin keçirilməsinin əleyhinə olan müxalifətçilərin bu dəfə inaqurasiyanın belə sadə şəraitdə keçirilməsinin şübhə altına almaları və tənqid etmələri yenə də onların məntiqsizliyindən xəbər verir.

Külli miqdarda vəsait sərf etmədən, təmtəraqsız inaqurasiya keçirməyin nəyi müəmmalıdır axı? Əlbəttə, burada heç bir müəmma və sirr yoxdur. Müəmmalı və sirli olan aqressiv müxalifətdir və onların havadarlarıdır”.

Kamil Həmzəoğlu

 

 





22.10.2013    çap et  çap et