525.Az

Türkiyə İraqın şimalında əməliyyat keçirdi: 3 əsgər həlak oldu, 7-si yaralandı


 

Türkiyə İraqın şimalında əməliyyat keçirdi: <b style="color:red">3 əsgər həlak oldu, 7-si yaralandı </b>

İraqın şimalındakı PKK terror qruplaşmasına qarşı həyata keçirilən "Pençe-3" əməliyyatı zamanı üç türk əsgəri həlak olub, daha yeddi nəfər yaralanıb.

Trend-in Türkiyənin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, yaralılar xəstəxanalara çatdırılıb. Bölgədə əməliyyat davam edir.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.

 





26.08.2019    çap et  çap et