525.Az

Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edildi


 

Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edildi<b style="color:red"></b>

Prezident İlham Əliyev Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə, Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

 





26.08.2019    çap et  çap et