525.Az

Bahar Muradova: “İşğal edilmiş torpaqlara mütləq qayıdacağıq!”


 

MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ “MÜTLƏQ QAYIDACAĞIQ” FİLMİ BARƏDƏ TƏƏSSÜRATLARINI BÖLÜŞDÜ

Bahar Muradova: “İşğal edilmiş torpaqlara mütləq qayıdacağıq!”<b style="color:red"></b>

Avqustun 23-də Azərbaycan Dövlət Televiziyasında Füzuli və Cəbrayıl rayonlarının işğal edilməsinin 26-cı ildönümünə həsr olunmuş “Mütləq qayıdacağıq” adlı sənədli film təqdim olunub.

Ekran işində həmin rayonların tarixi kecmişi, faciəli taleyi və 2016-ci ilin Aprel döyüşləri nəticəsində işğaldan azad olunmuş ərazilərimizin bugünkü vəziyyəti əks etdirilib.

Milli Məclisin sədr müavini Bahar Muradova Feysbuk hesabında sənədli filmlə bağlı təəssürtlarını bölüşüb. O, qeyd edib:
 
“Ssenari müəllifi peşəkar yazar, vətənpərvər ziyalı kimi uzun illərdən bəri tanıdığım və şəxsiyyətinə böyük hörmət bəslədiyim Əməkdar jurnalist Firuzə Nadir olan “Mütləq qayıdacağıq” adlı filmdə dağıdılmış yurdlarımız, tar-mar edilmiş şəhər və kəndlərimiz, bu yerləri məcburiyyət qarşısında tərk etmiş soydaşlarımızın 26 illik həsrəti ilə yanaşı azad edilmiş ərazilərdə görülən bərpa və quruculuq işlərindən bəhs edilir, hərbi sahədəki uğurlarımız real faktlarda öz əksini tapır. Qeyd etmək lazımdır ki, gənc nəslin, o cümlədən, məcburi köckün ailələrində böyüyən oğul və qızlarımızın vətənpərvər ruhda tərbiyəsinə və yaddaşımıza yönəlik belə filmlərin çəkilməsi çox əhəmiyyətlidir. Bu tariximiz və gələcəyimuz baxımından da çox vacib olmaqla soydaşlarımızda öz dövlətinin gücünə inamını möhkəmləndirir”.

“Ali Baş Komandan İlham Əliyevin təbirincə desək “Horadiz şəhərinin, bu gün isə Cocuq-Mərcanlının timsalında biz dirçələn Azərbaycanı görürük”. Bu torpaqların halal sakinlərinin isə dağıdıcı ermənilər yox, qurucu azərbaycanlılar olduğunu bu gün hər kəs görməkdədir”, - deyə B.Muradova bildirib.

Milli Məclisin sədr müavini vurulayıb ki, böyük qayıdışın qaranquşları olan Horadiz və Cocuq Mərcanlıda bu yurda qayıdan fədakar soydaşlarımızın əlləri ilə yaradılan "gülüstan", aparılan quruculuq abadlıq işləri dövlətimizin gücünü, ordumuzun qətiyyətini, insanlarımızın əzmini və cəsarətini göstərir:

“Pozitiv və nikbin ruhu ilə digər ərazilərimizin də düşmən tapdağından azad olunacağına əminlik təlqin edən belə bir filmin çəkilməsinə görə Azərbaycan Dövlət Televiziyasının rəhbərliyinə və filmin yaradıcı heyətinə dərin təşəkkürümü bildirirəm. Biz mütləq qayıdacağıq!”.

Qeyd edək ki, 1993-cü il avqustun 23-ü Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 

CEYHUN

 





26.08.2019    çap et  çap et