525.Az

İbrahim Tatlısəsin doğulduğu mağara muzeyə çevrildi


 

İbrahim Tatlısəsin doğulduğu mağara muzeyə çevrildi <b style="color:red"></b>

İbrahim Tatlısəsin Türkiyənin Şanlıurfa şəhərində doğulduğu mağara muzeyə çevrilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, mağara bərpa olunaraq muzey kimi fəaliyyət göstərəcək.

Muzeyin açılışında müğənni İbrahim Tatlısəs də iştirak edib.

O, mağarada doğulması ilə fəxr etdiyini bildirib:

“Ailəmin maddi vəziyyəti pis olduğu üçün mağarada yaşayırdıq. Mən inanıram ki, muzey Şanlıurfa şəhərində turizmin inkişafına öz töhfəsini verəcək”.

 

 





26.08.2019    çap et  çap et