525.Az

Ağdaşda kütləvi zəhərlənmə - Yenilənib


 

Ağdaşda kütləvi zəhərlənmə - <b style="color:red">Yenilənib </b>

Ağdaşda sünnət toyunda zəhərlənən 10 nəfər ötən gecə və səhər saatlarında xəstəxanaya müraciət edib.

Ağdaş Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, həmin şəxslərə ambulator yardım göstərildikdən sonra evə buraxılıblar.

*** 16:47

Ağdaşda kütləvi zəhərlənmə olub.

APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Cardam kəndində təşkil olunmuş sünnət toyunda qeydə alınıb.

Mərasimdə iştirak edənlər – 4 yaşlı Polad Əsgərov, 1 yaşlı Turan Cəbrayılov, 4 yaşlı Əlövsət Cəbrayıllı, 4 yaşlı Zeynəb Cəbrayılova, 3 yaşlı Fərid Cəbrayıllı, 6 yaşlı Seymur Əsgərov, 13 yaşlı Vüsalə Mehdiyeva, 23 yaşlı Ramilə Abbasova, 32 yaşlı Kamilə Məmmədova, 37 yaşlı Yasəmən Cahangirova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olublar.

Faktla bağlı araşdırma aparılır.

 





26.08.2019    çap et  çap et