525.Az

İsmayıllıda meşəlik ərazidə baş vermiş yanğın söndürüldü


 

İsmayıllıda meşəlik ərazidə baş vermiş yanğın söndürüldü<b style="color:red"></b>

25.08.2019-cu il tarixində İsmayıllı rayonunun Pirəbülqasım kəndinin yaxınlığında dağlıq meşə ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yer alıb.

Yanğın nəticəsində dağlıq ərazidə 40 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

 





27.08.2019    çap et  çap et