525.Az

VIII Henri - Tüdorların uğurları və bədbəxtliklər seriyası


 

VIII Henri - <b style="color:red">Tüdorların uğurları və bədbəxtliklər seriyası</b>

(Əvvəli ötən şənbə sayımızda)

Marqaret dedi: "O, İngiltərə kraliçası olacaqdır. O, elə bil ki, qumar oynayırdı, atamı məğlub etdi. Bu saxta qız qalib gəldi. O, kasıb və bədbəxt olanda, mənim üstümdə zəfər çalandan artıq qaydada, təbii olaraq, mən onu sevirdim. O, öz mükafatı üçün kifayət qədər çox gözlədi. Belə danışırdılar ki, son vaxtlara qədər o, aclıq çəkirmiş. Katerina bir neçə il Harridən böyükdür. Bu nikah tamamilə yararsızdır. Yaş fərqi yalnız altı ildir və o, qardaşının dul arvadı idi. Onlar həm də Papadan öz nikahlarına icazə almışlar".

Harri öz qardaşının arvadını oğurladı. Katerina İngiltərə varisini özünə əsir götürdü. Bu hadisə 1509-cu ildə Harri, VIII Hehri kimi taxt-taca çıxdıqdan sonra baş verdi.

Bir qədər sonra Ledi nənənin ölüm xəbəri gəldi. Katerinanın bəxti gətirdi ki, Marqaretin anasından fərqli olaraq, o, qayınanasız kraliça olacaqdı. O, öz hüququna görə kraliça kimi davranacaqdı, öz anası İzabellaya bənzəyəcəkdi. O, zəfər çalacaq, hər şeydə özünü qalib sayacaqdır. Onun anası özünü "konkistadora" - "qalib" adlandırırdı. Marqaret bacısı Meriyə Katerina haqqında yazırdı ki: "Əlbəttə, mən onun hakimiyyətə qeyri-adi qaydada qalxmasına görə şadam, lakin əgər Tüdorlardan doğulmuşlarla rəqabət aparsa, biz yaxşı bacılar olmayacağıq".  

VIII Henri 

1509-cu ildən 1547-ci ilə kimi İngiltərə kralı olan VIII Henri ingilis Reformasiyasının başlanğıcına rəhbərlik etmişdi, hətta Roma katolik dininin əsaslarını heç də tərk etməsə də, öz matrimonial problemini özgə bir təsirdən azad etmişdi. Parlaq köməkçilərinin uğuru hesabına müstəsna dərəcədə yaxşı idarəetmə xidmət göstərsə də, sonralar o, onların hamısına qarşı çevrildi. Onları o, əvvəlcə yuxarı qaldırır və sonra üzüaşağı atırdı.

Humanist biliklərə meyl etməklə və özü də müəyyən intellektə malik olmaqla. o, eyni zamanda, həmin dövrün ən görkəmli ingilis humanistlərinin ölümü üçün məsuliyyət daşıyırdı.

VIII Henri altı dəfə evlənmişdi, lakin az varis qoyub getmişdi və taxt-taca vərəsəlik problemini təhlükəli qaydada mürəkkəbləşdirmişdi. Onun altı arvadından ikisi xəyanət bəhanəsi ilə edam edilmişdi, həm də onun rejimi Torpaq qanunlarını xüsusilə çətin qaydada həyata keçirirdi.

Fiziki görünüşündə heybətli olmaqla, xatirələrdə və şüurda əhval-ruhiyyəsinin qorxulu olması ilə seçilirdi. O, dövlət işinə həqiqətən özünü həsr etməyə meyl edirdi və adamları necə ovsunlamağı da bacarırdı. Dəhşətli qaydada monstr təbiətli olması ilə, özünü məddahlıqla, təriflənməklə əhatə etməklə yanaşı, buna baxmayaraq, əslində, ağlabatan imkanlardan istifadə etməyi bacarırdı. Siyasətdə daim saxta addımlar atsa da, o, mahiyyətcə məğlub olmamışdı və demək olar ki, etmək istədiyi hər şeydə səthi qaydada da olsa, uğurlu olurdu.

O, özü şəxsən monarxiyanın təcəssümü idi, onun toxunduğu hər şey çox qarışıq idi, hətta öz ölümündən sonra da onun barəsindəki rəylər bölünürdü və onun bir çox xüsusiyyətləri üzərində çoxlu müzakirə gedirdi.

Henri 28 iyun 1491-ci ildə Qrinviçdə anadan olmuşdu, VII Henrinin ikinci oğlu idi, Tüdor xəttinin və York xəttinin az yaşamış ilk kralı olan IV Eduardın qızı Elizabetin taxt-tacdakı ilk nümayəndəsi idi. Onun böyük qardaşı 1502-ci ildə öldü və Henri taxt-taca varisə çevrildi. Bütün Tüdor krallarından təkcə o, öz uşaqlığını taxt-tacı gözləmək iddiasında keçirmişdi. Bu, onda eqoistik və qaynar xarakterinin böyüklüyünə və möminliyinə bir əminlik yaratdı. Hazırcavablılıq bacarığına malik olan uşaq kimi o, kübar cəmiyyətində davranmaqda, kitabları oxumaqda, həm də fiziki məşqləri icra etməkdə fərqlənirdi və 1509-cu ildə isə artıq taxt-taca qalxdı. Ondan böyük şeylər gözlənilirdi, 6 fut uzunluğunda güclü bədənə malik olmaqla, həm də o, yorulmayan atlet, ovçu və rəqqas kimi, İngiltərəyə VII Henri hökmranlığının qışından sonra şən bir bahar gətirməyi vəd etdi. Onu süd və qızılgül kimi gözəlliyini, onun iti ağlını və hər şeyə nəzər yetirməsini izafi tərifləyənlər, arxasında isə kiçik gözlərinin və hətta əhval-ruhiyyəsindən qızarmağa hazır olan kiçik yanaqlarını xüsusilə qeyd edirdilər.

Müşahidələr həmçinin, onun davranışının cəhətlərini qeyd edirdilər, bu davranışda onun erkən populyarlığı siyasi məqsədlərinin istifadəsinə yönəlmişdi. Henri və onun köməkçiləri özünü qurban vermək hesabına, atasının kral hüquqlarını güclü surətdə icra etməsindən ilhamlanan bəyənməni gözləyirdilər. Bunu da düşünürdülər ki, qeyri-populyar olan institutların bəziləri və bir sıra adamlar məhz onun sələfinin vaxtında xidmət etmişdilər. Səltənəti idarə etmək üçün qeyri-populyar hesab edilənlər tezliklə yenidən meydana gəldilər. Çünki belə hal zəruri idi. Onun taxt-taca qalxmasından az sonra Henri qardaşı Arturun dul arvadı Katerina Araqonluya evləndi və saray izafi əyləncələrə məruz qaldı. Bu vaxt Katerinanın artıq 23 yaşı var idi, Henri isə 18 yaşına yaxınlaşırdı.

Henrinin qətiyyətliliyi üçün daha ciddi olanı isə hərbi macəralar idi. Avropa mühiti fransız və ispan kralları arasındakı rəqabətdən qıcqırmaqda davam edirdi. Onların hər ikisi başlıca olaraq İtaliyaya sahib olmaq iddiası ilə və onların köhnə müşahidələrinin məsləhəti əleyhinə çıxış edirdi. Henri 1512-ci ildəki təsadüfdən öz qayınatası II Ferdinand Araqonlu ilə qədim düşməni olan Fransaya qarşı ittifaq səhifəsinə girdi. Fransanı isə təhlükədə olan Papa dəstəkləyirdi, ona sitayiş edən kral uzun müddət Papaya, demək olar ki, qul ehtiramı göstərmişdi.

Müharibə bir qədər fars xarakteri daşıyırdı. Henrinin hərbi komandanlıqda bacarığı olmadığı açıq görünürdü. Kampaniyanın özü də fransız qüvvələri üzərinə təsadüfi bir yürüşü büruzə verirdi. Şimali Fransadakı Turnenin işğalı 1518-ci ilə qədər davam etdi, bu vaxt həqiqi qələbə Sarray qrafı tərəfindən 1515-ci ildə şotland müdaxiləsinə qarşı Floddendə qazanılmışdı. Tomas Uolsi Fransadakı ilk kampaniyanı təşkil etmişdi. Bu vaxt onun şəxsində Henri öz ilk görkəmli köməkçisini aşkara çıxardı. 1515-ci ildən Uolsi Yorkun baş yepiskopu idi, İngiltərənin lord-kansleri və kilsənin kardinalı idi. Daha əhəmiyyətlisi isə Uolsinin kralın yaxın dostu olması idi. İşlərlə məşğul olmağı kral ona həvalə etmişdi.

Henri heç vaxt, ümumiyyətlə, krallığın pozitiv işlərindən kənarda qalmırdı və çox hallarda hər bir işə müdaxilə edirdi, baxmayaraq ki, dünya düşünə bilərdi ki, İngiltərə kardinal tərəfindən idarə olunur. Kralın özü isə bilirdi ki, istənilən vaxt o, dəqiq nəzarət hüququna malikdir, onlardan baş çıxarmağa qayğı göstərir və Uolsi yalnız nadir hallarda dünyanın rəyini düz olan kimi qəbul edəndə səhvə yol verirdi.

Buna baxmayaraq, 1515-ci ildən 1527-ci ilə kimi olan dövr Uolsinin yüksəlməsi ilə əlamətdar idi və onun təşəbbüsləri daim səhnəni zəbt edirdi.

Kardinal, Papa tiarası üçün bəzi vaxtlarda öz ambitsiyasını göstərirdi və bunu Henri dəstəkləyirdi. Uolsi Roma üçün ingilis əllərində saxlanılan qüdrətli bir kart idi. Fakt ondan ibarət idi ki, Henrinin imperial taxt-taca seçilməsi maraqlarından artıq bir şans heç vaxt baş verməmişdi. Bu, 1519-cu ildə qısa müddət üçün baş verdi, həmin vaxt imperator I Maksimilian ölmüşdü, onun varisi, oğul nəvəsi V Karl imperator olmalı idi. Bu hadisə Avropanın vəziyyətini dəyişdirdi, İspaniya, Burqundiya (Niderlandla birlikdə) və Avstriya taxt-tacları qüvvənin kompleksini aşırmaq üçün birləşdilər və bu, Fransa istisna olmaqla, Avropanın bütün sülalələrinin daxili mövqelərdəki imkanlarını zəiflətdi. 1518-ci ildə London universal sülh müqaviləsi bayram ediləndə Uolsi ingilis təşəbbüsünü səmərəli icra etməyə qadir idi. Bir il sonra isə vəziyyət büsbütün başqa idi. Henrinin artıq müstəqil rolu ekspertlərin inandırmasını dayandırdı. Fakt qısa müddətdə maskanı atdı. 1520-ci və 1521-ci illərdə açıq və özəl danışıqlar seriyası gəldi, buna Fransa kralı I Fransisklə Kale yaxınlığındakı görüş də daxil idi.

Belə görünürdü ki, Henri özünü Avropanın malik olduğu ən böyük krallara bərabər olan bir monarx olduğunu göstərmək istəyir. Lakin bunu nəzərə çarpdıran az şey var idi. 1521-ci ildən Henri V Karlın imperial hakimiyyətinin avanpostu idi, İspaniya 1525-ci ildə Paviada rəqib güc olan Fransanı bir müddətə darmadağın etdi. Bu ağalıqdan qaçmaq cəhdi ilə Uolsi çalışdı ki, bu proporsiyasız anda müttəfiqlərini dəyişsin. Bu siyasət Niderland ilə həyati əhəmiyyətə malik olan ingilis ticarətinə qarşı cavab zərbəsinə və Pavladakı qalibin malik olduğu ilə ittifaqın gətirdiyi faydanın itirilməsinə gətirib çıxardı. Bu, İngiltərədə seriya reaksiyalar əmələ gətirdi və Henrinin Uolsidən məsləhət almasının qarşısını kəsmək barədə ilhamlanmasına kömək etdi. Bununla Uolsidən istifadə olunması sona çatmalı idi.

Avropada İngiltərənin böyüklüyü saxta kimi göründükdə, rejim həmçinin, öz ölkəsində də populyarlığını itirdi. Əvvəlki günlərin sevincli gözləmələri, əlbəttə ki, dözülən deyildi. Reallığın bəzi ölçüləri məcburi sırınmaqla bağlı idi. Pozitiv rəylərin təsirinin ölçüləri - jurnalistlər və yazıçılar - krala tam ümidlə baxmalarını davam etdirirdilər.

1517-ci ildən kral yeni müşavirlərin xidmətindən istifadə etdi. Ser Tomas Mor həmin dövrün ən görkəmli zəkalarından biri idi. Lakin Mora tezliklə məlum oldu ki, Henrinin savadlı adamlarla söhbət aparmasından fərəh duyması ilə yanaşı, bunu siyasətlə əlaqələndirmir. Həmin dövrdə heç nə Uolsinin gücünün qalxmasına mane ola bilməzdi. Onu dəstəkləyən krala bu, bir sıra hallarda mane olurdu. Ölkə keşiş idarəçiliyinə dözməyə hazır olmadığının artan əlamətlərini göstərirdi. Din xadimləri, əcnəbi tacirlər, vergi yığanlar və istismarçı torpaq sahibləri əleyhinə buntlar baş verirdi. Və Uolsinin narazılığı ləğv etmək cəhdləri yalnız adamların, kasıbların tələblərini ödənilmədiyindən, təsir meydanından uzaqlaşdırırdı.

1520-ci illərin erkən dövrlərində taun xəstəliyi və ticarət depressiyası ölkəyə möhkəm təsir göstərdi və Uolsinin daim baha başa gələn xarici siyasəti 1522-ci ildə Fransaya göndərilən ekspedisiyanı geyindirmək üçün ağır xərc məbləğlərinə səbəb oldu, həm də real olmayan müttəfiqlərə iri məbləğdə subsidiya verildi. 1523-1524-cü illərdə narazılıq hissiyyatı qaynamaq dərəcəsinə gəldi. Uolsinin parlamentdən xoşu gəlməsə də, 1523-cü ildə onun çağırılması ilə razılaşdı, çox çətinliklə vergi qanununa səs verildi. Lakin məbləğ tələb olunandan aşağı idi. Sonrakı ili xüsusi vergi yığılması cəhdi qızğın müqavimətə səbəb oldu və Henri onu ləğv etdi. Kral və kardinalın hər ikisi vəziyyəti yüngülləşdirməklə etibar qazanmaq istədi, lakin onların qoyulmasına bilavasitə cavabdeh idilər. O, Uolsidən biabırçılığı öz üzərinə götürməyi tələb etdi, çünki o, özü belə fiaskoya dözürdü, kardinal isə dözə bilmirdi.

1527-ci ildən hökumət siyasəti Uolsininki kimi görünməsinə baxmayaraq, əslində, kralınkı olmaqla iflasla üzləşmişdi, xaricdə səmərəsiz, vətəndə isə qeyri-populyar olmaqla, yenisinin pozitiv niyyətdən uzaq olduğu kimi görünürdü, faktiki olaraq isə pozitiv idi. Bu nöqteyi-nəzərdən kral səhvsiz olaraq işlərin içərisinə girdi, çünki başa düşürdü ki, XVI əsrin siyasəti monarxların fərdi işləri ətrafında fırlanma ilə bağlıdır. Onun uğursuzluqları içərisində özünün və ya Katerinanın taxt-taca kişi cinsindən olan varis əmələ gətirməyi bacarmaması da daxil idi. Bir neçə uşağın tələf olması və erkən ölümləri baş vermişdi, yalnız qızı printsessa Mariya (1516-cı ildə anadan olmuşdu) sağ qalmışdı.

(Ardı var)

 





27.08.2019    çap et  çap et