525.Az

“Yevgeni Onegin” Bakıda təqdim ediləcək


 

“Yevgeni Onegin” Bakıda təqdim ediləcək<b style="color:red"></b>

Sentyabrın 1-3-də Rusiyanın Y.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrı “Yevgeni Onegin” tamaşası ilə Bakıda çıxış edəcək.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrından Trend-ə verilən məlumata görə, teatrda təqdim olunacaq səhnə əsərinin ideya, ədəbi kompozisiya və quruluşunun müəllifi Rimas Tuminas, səhnə quruluşçusu Adomas Yanovskis, musiqi müəllifi Fvustas Latenas, geyim rəssamı Mariya Danilova, xoreoqrafı Anjelika Xolina, musiqi rəhbəri Tatyana Ağayevadır.

Təxminən altmış nəfərlik aktyor heyətinin iştirak edəcəyi tamaşada əsas rollarda Sergey Makovetski, Lyudmila Maksakova, İrina Kupçenko, Aleksey Quskov, Viktor Dobronravov, Leonid Biçevin, Yevgeniya Kreqjde, Olqa Lerman və digər məşhur aktyorlar rol alacaq.

Xronometrajı 3 saat 30 dəqiqə olan tamaşa üç axşam ardıcıl nümayiş ediləcək.

 





28.08.2019    çap et  çap et