525.Az

Düşmən Azərbaycan torpaqlarında hərbi təlimlər keçirir


 

Düşmən Azərbaycan torpaqlarında hərbi təlimlər keçirir<b style="color:red"></b>

Ermənistan Silahlı Qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan ordusu iri çaplı artilleriya silahlarından istifadə etməklə Ağdam rayonunun Uzundərə adlanan ərazisində atışlara başlayıb.

Bu gün səhər saat 11 radələrindən başlayan hərbi təlimlərdə artilleriyadan açılan atəş səsləri cəbhə ətraflı kəndlərdə eşidilir.

 





28.08.2019    çap et  çap et