525.Az

Oğuzda baş verən meşə yanğını tam söndürüldü


 

Oğuzda baş verən meşə yanğını tam söndürüldü<b style="color:red"></b>

Avqustun 25-də Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında və avqustun 23-də Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Aviasiya dəstəsi, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Avqustun 23-də Oğuz rayonunun Xaçmaz kəndi, avqustun 25-də isə  Baş Daşağıl kəndi yaxınlığında yüksək dağlıq ərazilərdə meşə zolağında yanğın baş vermişdi.

Ərazilərdə yanğının söndürülməsi üçün Fövqaladə Hallar Nazirliyinin iki helekopteri və bir  “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və xeyli sayda canlı qüvvəsi iştirak edib.

 





29.08.2019    çap et  çap et