525.Az

Azərbaycanlı şagird Avropa İnformatika Olimpiadasında gümüş medal qazandı


 

Azərbaycanlı şagird Avropa İnformatika Olimpiadasında gümüş medal qazandı<b style="color:red"></b>

Sloveniyanın Maribor şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ2019) keçirilir.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, azərbaycanlı məktəblilərin qatıldığı müsabiqədə Türkiyə, Belçika, Rusiya, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan və digər ölkələrin nümayəndələri də iştirak edirlər.

Ölkəmizi təmsil edən Əziz Hüseynov olimpiadada uğurla iştirak edərək gümüş medala layiq görülüb.

Əziz Hüseynov Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin X sinif şagirdidir.

Qeyd edək ki, avqustun 23-də başlayan olimpiada bu gün başa çatır.

 





29.08.2019    çap et  çap et