525.Az

Qida təhlükəsizliyində ictimai nəzarət mexanizmləri gücləndirilir


 

AQTA İSTEHLAKÇILARI AKTİV OLMAĞA ÇAĞIRIR

Qida təhlükəsizliyində ictimai nəzarət mexanizmləri gücləndirilir<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi tədbirlərini davam etdirir.

AQTA-dan verilən məlumata görə, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində vətəndaşların prosesə aktiv cəlb edilməsi, ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədi ilə agentlik həyata keçirdiyi tədbirlərin miqyasını genişləndirir.

Vətəndaşların diqqətini qida təhlükəsizliyi mövzusunun vacibliyinə çəkmək, prosesdə onların rolunu əhəmiyyətli dərəcədə artırmaq, istehlakçıların ictimai nəzarətdə aktiv iştirakını təmin etmək üçün agentlik əhalinin gediş-gəlişinin sıx olduğu ərazilərdə, küçələrdə, ictimai nəqliyyat vasitələrində məlumat lövhələri yerləşdirib: “İstehlak etdiyin qida məhsullarına diqqət et! Unutma ən yaxşı qida nəzarətçisi elə sən özünsən!”, “Sağlam gələcəyə gedən yol həm də qida təhlükəsizliyindən keçir.

Vətəndaşları prosesdə aktiv iştiraka səsləyən bu cür maarifləndirici şüarlar və məlumatları “Bakı Metropoliteni” stansiyalarında quraşdırılan monitorlarda və paytaxt ərazisində hərəkət edən “BakuBus” avtobusları üzərində görmək mümkündür. Həmçinin, “İstehlakçı olaraq hüquqlarını öyrən və öz mövqeyini ortaya qoy!”, “Ailənin və sevdiklərinin sağlam gələcəyi üçün sən də bizə qoşul. Təhlükəsiz gələcəyə gedən yolda birgə addımlayaq!” və digər şüarların əks olunduğu məlumatlar vətəndaşları ictimai nəzarətdə aktiv iştiraka çağırır.

Qeyd edək ki, agentlik əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq müxtəlif maarifləndirici layihələr həyata keçirir. Burada əsas məqsədlərdən biri də vətəndaşların yeni qida təhlükəsizliyi sistemi ilə bağlı məlumatlılığını genişləndirmək, onların prosesdə aktiv iştirakını təmin etməkdir.

CEYHUN

 





29.08.2019    çap et  çap et