525.Az

KİV: "İsveçrə Telman İsmayılovun bank hesablarına həbs qoyub"


 

KİV: "İsveçrə Telman İsmayılovun bank hesablarına həbs qoyub"<b style="color:red"></b>

Azərbaycanlı iş adamı Telman İsmayılovun İsveçrədəki bank hesabları dondurulub.

APA-nın "Kommersant" nəşrinə istinadən verdiyi məlumata görə, İsveçrə 2018-ci ildə iş adamını bir neçə maliyyə cinayətində, o cümlədən, fırıldaqçılıqda şübhəli bilir. Ona qarşı BM-Bank iddia qaldırıb.

Məlum olur ki, T. İsmayılov müflis elan olunsa da, kreditorlara pullar ödənilir.

Xəbərdə o da bildirilir ki, Rusiya T. İsmayılovun həbsinə nail olmaq istəyir. Moskvadakı Çerkizov bazarının sahibi olmuş T. İsmayılov qardaşı Raufla birgə qətl işi üzrə axtarışa verilib. İsmayılov qardaşları ticarət komplekslərinin sahibi Vladimir Savkin və "Lyublino-Motors" şirkətinin təsisçisi Yuri Brilyovun güllələnməsində təqsirli bilinirlər.

T. İsmayılov hazırda xaricdə gizlənir.

 





30.08.2019    çap et  çap et